Şimali İrlandiya millisinin baş məşqçisi Maykl Onil DÇ-2018-in seçmə mərhələsində Almaniya, San Marino və Azərbaycana qarşı keçirəcəkləri oyun barədə danışıb.
Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssis bunları söyləyib:
"Qrupdakı təqvimimiz yaxşıdır. San Marino və Azərbaycanla oyunlar asan olmayacaq. Hər iki görüşdə qalib gəlməliyik. San Marinonu məğlub etsək, Almaniyaya qarşı rahat oynayacağıq və xal qazanmaq üçün çalışacağıq. Səfərdə Almaniya kimi rəqibə qarşı oynamaq bizim üçün çox çətin olacaq".
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 11-də Şimali İrlandiya yığmasının qonağı olacaq. Bakıda isə komandalar 2017-ci il iyunun 10-da qarşılaşacaqlar.
saytlarin hazirlanmasi