Ukrayna yığmasının baş məşqçisi Andrey Şevçenko DÇ-2018-in seçmə mərhələsində Türkiyə ilə keçirəcəkləri oyun barədə danışıb.
Sportal.az xəbər verir ki, Şevçenko yeni taktiki sistemlərdən də yararlanacaqlarını deyib:
“Türkiyə ilə oyun olduqca gərgin keçəcək. Bu rəqiblə heç bir oyunumuzda aşağı sürət olmayıb. Həmişə baxımlı və sürətli futbol olub. Qarşılaşmada taktika önəmli rol oynayacaq. Ola bilsin ki, taktiki planda yeniliklərə də şahidlik edəsiz”.
Gənc mütəxəssis Fatih Terimin “Şevçenko yaxın zamanlarda dünyanın ən yaxşı məşqçilərindən biri olacaq” fikirinə də münasibət bildirib:
“Terimə böyük hörmətim var. O, “Milan”da mənim məşqçim olub. Münasibətimiz yaxşı idi. Türkiyə futbolunun son 20 ildəki yüksəlişi Terimlə bağlıdı. O, həm yığmada, həm də klubda yaxşı nəticələr qazanıb. Onun iş prinsipinə bələdəm. Məşqçilik yolunu seçmişəm və bu yolun nə qədər ağır olduğunu da bilirəm. Terimin haqqımda xoş sözlər söyləməsi mənim üçün xoş oldu”.
Qeyd edək ki, Türkiyə - Ukrayna görüşü bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
saytlarin hazirlanmasi