“Qarabağ”la Gəncədə keçirilən çempionat oyununda zədələnərək sıradan çıxan Şəhriyar Əliyev özünü yaxşı hiss edir.
Sportal.az xəbər verir ki, MRT müayinəsindən keçdikdən sonra aldığı xəsarətin ciddi olduğu müəyyənləşən müdafiəçinin 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilmişdi. Diz oynağının kollarateral bağı zədələnən futbolçunun müalicəsi davam etdirilir.
Şəhriyar durumu ilə bağlı klubun saytına açıqlama verib:
“Əvvəlki günlərə baxanda indi yaxşıyam. Gəzə bilirəm, amma müəyyən ağrılar var. Gündə iki dəfə həkimə gedib gəlirəm. Ayağıma güc düşəndə diz qoruyucusundan istifadə edirəm. Düşünürəm ki, gələn həftə məşqlərə başlaya biləcəm. Düzdü, bu yöndə son sözü həkimlər deyəcək. Yəqin ki, ilk dövlər onların tövsiyyəsinə uyğun olaraq fərdi şəkildə yüngül formada hazırlıq keçəcəm”.
saytlarin hazirlanmasi