DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Türkiyə - Ukrayna matçı 2:2 hesabı ilə başa çatıb.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların baş məşqçisi Andrey Şevçenko oyunla bağlı fikirlərini bildirib:
"Bəzən müdafiə xəttimizdə boşluqlar oldu. Son 10 dəqiqəyə qədər hər şey biz istədiyimiz kimi gedirdi. Nəticənin 2:0 hesabı ilə xeyrimizə olmasını istərdim, amma bu, baş vermədi. Rəqib əsasən cinahlardan hücum qururdu. Əmrə Mor isə çox sürətli və texnikalı futbolçudu. Onu dayandırmaq çox çətindi. İkinci hissədə komandamda yorğunluq hiss etdim".
saytlarin hazirlanmasi