Çinin "Şandonq Lunenq” klubunun üzvü Qratsiano Pelle İtaliya millisinin heyətindən uzaqlaşdırılıb.
Sportal.az xəbər verir ki, Pelle DÇ-2018-in seçmə mərhələsində İspaniya ilə matçın gedişi zamanı əvəzlənib. Hücumçu buna etiraz olaraq, baş məşqçi Campyero Venturanın əlini sıxmayıb və meydanı birbaşa tərk edib.
Ventura da bunu əsas gətirərək futbolçunu millidən kənarlaşdırıb. O, Makedoniya ilə qarşılaşmada komandaya kömək edə bilməyəcək.
Oyundan sonra Pelle hərəkətinə görə üzr istəyib
saytlarin hazirlanmasi