"Barselona"ya getmək üçün "Arsenal"dan ayrılmağıma peşmanam"

12:54 - 8 Oktyabr 2016

BATE-nin futbolçusu Alexander Qleb İspaniya mətbuatına “Barselona” karyerası ilə bağlı açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, 2008-ci ildə “Arsenal”dan “Barselona”ya transfer olan Alexander Qleb peşmançılığını dilə gətirib:

 

“İllər sonra bu qərarın səhv olduğunu anladım. “Barselona”ya getmək üçün “Arsenal”dan ayrılmağıma peşmanam”.

 

Mövzuyla əlaqədar “Reuters”ə danışan belaruslu sözlərinə belə davam edib:

 

“Londonda yaxşı günlər keçirdim. İlk mövsümümdə “Arsenal”la birlikdə Çempionlar Liqasında finala yüksəldik. “Barselona” ilə 2009-cu ildə bu kuboku qazanmağıma baxmayaraq “Arsenal”dakı final macərası daha özəl idi. Çünki “Barselona”da Çempionlar Liqasının oyunlarında demək olar ki, forma şansı qazanmırdım”.

 

Xatırladaq ki, Qleb 2005/08-ci illər mövsümünü "Arsenal"da keçirib. 35 yaşlı futbolçu 2008-ci ildə "Barselona"ya transfer olub. O, Kataloniya klubunda 19 oyun keçirib.

Xəbər xətti