Hollandiya yığma komandası ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, komandanın kapitanı Uesli Sneyder zədə səbəbindən Fransaya qarşı matçda iştirak etməyəcək.
Təcrübəli futbolçu DÇ-2018-in seçmə mərhələsində Belarusla oyunda (4:1) zədələnib. Buna görə, millinin baş məşqçisi Denni Blind yığmaya "Feyenord"un futbolçusu Toni Vilenanı dəvət edib. Lakin Sneyder heyətdən çıxarılmayıb.
Qeyd edək ki, Hollandiya millisi oktyabrın 10-da Fransanın qonağı olacaq.
saytlarin hazirlanmasi