Bosniya və Herseqovina millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində 2-ci matçını keçirib.
Sportal.az xəbər verir ki, bosniyalılar H qrupundakı Belçikanın qonağı olub. Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
"Qarabağ"ın bosniyalı qapıçısı İbrahim Şehiç bu matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Belçika - Bosniya və Herseqovina 4:0
Qollar: Spahiç, 26-avtoqol. Hazard, 29. Alderveyreld, 60. Lukaku, 79.
saytlarin hazirlanmasi