Coşua Kinq: "Azərbaycana qarşı çətinlik çəkəcəyik"

15:50 - 8 Oktyabr 2016

Norveç millisinin futbolçusu Coşua Kinq DÇ-2018-in seçmə mərhələsində San Marino və Azərbaycana qarşı keçirəcəkləri oyun barəsində danışıb.

 

Sportal.az xəbər verir ki, "Bornmut"da çıxış edən 26 yaşlı hücumçu iki oyundan 6 xal qazanmaq üçün çalışacaqlarını bildirib:

 

“Mən özümə və komanda yoldaşlarıma inanıram. İki oyundan sonra aktivimizə 6 xal yazdırmaq istəyirik. DÇ-2018-in final mərhələsinə vəsiqə qazanmaq bizim hədəfimzidir. Buna görə də hər iki rəqibimizi məğlub etməliyik. San Marino ilə oyun asan keçə bilər, lakin Azərbaycana qarşı çətinlik çəkəcəyik. Öz meydanımızda Azərbaycana qarşı oynamışdım və qol vura bilməmişdik. Bu də dəfə səfərdə oynayırıq və çətin oyun olacaq”.

Xəbər xətti