Norveç millisinin üzvü Veqar Eqqen Hedenstad DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunla bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, müdafiəçi Azərbaycan millisinin daha da gücləndiyini deyib:
"İndiki Azərbaycan yığması əvvəlkindən daha yaxşıdı. Bizə Bakıda onlara qarşı oynamaq çətin olacaq.
Bizi gərgin qarşılaşma gözləyir. Səfərdə böyük təzyiqlə üzləşəcəyimizi düşünürəm".
Bu gün Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan - Norveç matçı saat 20:00-da başlayacaq.
saytlarin hazirlanmasi