"Artıq Azərbaycanla oyunu düşünməliyik"

14:14 - 9 Oktyabr 2016

Çexiya millisinin baş məşqçisi Karel Yarolim DÇ-2018-in seçmə mərhələsində Almaniyaya uduzduqları oyundan sonra (0:3) açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Yarolim oktyabrın 11-də Azərbaycan millisinə qarşı keçirəcəkləri oyunu düşünməli olduqlarını deyib:

 

"Artıq Azərbaycanla oyunu düşünməliyik. Almaniyaya məğlubiyyət bizim üçün yaxşı təcrübə oldu. Biz yeni komanda yaradırıq. Növbəti oyunda Norveçə qalib gələn Azərbaycanı məğlub etməliyik".

 

Qeyd edək ki, Çexiya - Azərbaycan matçı oktyabrın 11-də keçiriləcək.

Xəbər xətti