Çexiya yığmamızla oyuna ciddi itki ilə çıxacaq

10:10 - 10 Oktyabr 2016

DÇ-2018-in seçmə mərhələsində yığmamızla qarşılaşacaq Çexiya millisi daha bir itki ilə üzləşib.


Sportal.az xəbər verir ki, millinin yarımmüdafiəçi David Pavelka sarı vərəqə limitini doldurduğu üçün qarşıdakı yığmamıza qarşı oyunda forma geyməyəcək. O, Şimali İrlandiya və Almaniya ilə qarşılaşmalarda sarı vərəqə alıb.

 

Qeyd edək ki, Çexiya - Azərbaycan qarşılaşması oktyabrın 11-də keçiriləcək.

 

Xəbər xətti