DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisini qəbul edəcək Çexiya yığmasının baş məşqçisi Karel Yarolim yerli mətbuata danışıb.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis qrupdakı ümumi vəziyyəti müzakirə edib və yığmamız haqqında fikirlərini bildirib.
O, geridə qalan iki oyundakı nəticəyə baxmayaraq millimizi məğlub edə biləcəklərini deyib: “Almaniya millisi çox güclü komandadır. Onlarla oyunda yaxşı təcrübə qazandıq. Növbəti oyunda daha yaxşı çıxış edəcəyik. Almanlarla eyni səviyyədə oynamaq çox çətindir. Qazandığım təcrübədən digər rəqiblərə qarşı istifadə edəcəm. Azərbaycan yığmasına gəlincə, komandada çox dəyişikliklər olub. Onların belə nəticə qazanacaqlarına ümid edirdim. Bizim Azərbaycana qarşı oyunda böyuük ümidlərimiz var. Amma heç cür rəqibin gücünün az olduğunu düşünmək olmaz. Norveç, Şimali İrlandiya və Azərbaycan bizim üçün uyğun rəqiblərdir. Eyni səviyyədə komandalar olduğumuzu deyə bilərik”.
saytlarin hazirlanmasi