“Almanların gücü hamıya məlumdur. Onlar həqiqətən də yaxşı oynadılar. Bütün diqqətimizi Azərbaycanla oyuna yönəltmişik”.
Sportal.az xəbər verir ki, bu sözləri Çexiya yığmasının yarımmüdafiəçisi Lukaş Droppa deyib.
DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə matçda milli komandanın heyətində debüt edən futbolçu həmin oyunla bağlı fikirlərini bildirib:
“Almaniya hücumçusuz oyasa da, oyunları göz qabağındadır. Bəlkə də heyətimizdə itkilər olmasaydı, səfərdə 1 xal qazana bilərdik. Pavelka həmin oyunda sarı vərəqə alaraq cəzalı duruma düşdü. Buna görə də Azərbaycanla oyunda start heyətdə yer ala bilərəm. Düzdür, son qərarı baş məşqçimiz verəcək”.
Rusiyanın "Tom" klubunda çıxış edən 27 yaşlı futbolçu millimizi zəif rəqib adlandırmayıb:
“Azərbaycan Norveçlə oyunda sübut etdi ki, zəif deyil. Bizim üçün asan oyun olmayacaq. Rəqibimiz indi daha yaxşı oynayır. Müdafiədə etibarlı oyun sərgiləyən komandaya qarşı oynayacağıq. Bütün gücümüzlə oynayaraq qalib gəlməliyik”.
saytlarin hazirlanmasi