Türkiyə millisinin futbolçusu Əmrə Mor DÇ-2018-in seçmə mərhələsinin 4-cü turunda Kosovoya qarşı oyunda milliyə kömək edə bilməyəcək.
Sportal.az xəbər verir ki, buna səbəb onun İslandiyaya qarşı matçda (0:2) sarı vərəqə alması olub. Bundan əvvəl Ukrayna ilə görüşdə də sarı vərəqə alan gənc futbolçu cəzalı duruma düşüb.
Qeyd edək ki, Türkiyə - Kosova oyunu noyabrın 12-i keçiriləcək.
saytlarin hazirlanmasi