Millimizin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi Portuqaliyanın "Boavişta" klubu baş məşqçisi Ervin Sançesi istefaya göndərib.
Sportal.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, qarşılıqlı razılıq əsasında baş məşqçinin müqaviləsinə xitam verilib. Boliviyalı mütəxəssis 2015-ci ildən "Boavişta"nı çalışdırırdı.
Qeyd edək ki, “Boavişta” 7 turdan sonra aktivində olan 8 xalla, 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi