DÇ-2018-in seçmə mərhələsində Azərbaycanı qəbul edəcək Çexiya millisinin hücumameyilli yarımmüdafiəçisisi Ladislav Kryeçi oyunla bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, "Bolonya"da çıxış edən 24 yaşlı futbolçu millimizin güclü müdafiə xəttinin olduğunu bildirib:
"Oyunun əhəmiyyətini yaxşı bilirik. Bu gün ilk qələbəmizi qazanmaq istəyirik. Böyük təzyiq altındayıq. Əvvəlki iki oyuna görə təəssüf hiss keçirirəm. Bu oyunda qalib gələrək, vəziyyətimizi yaxşılaşdırmalıyıq. Azərbaycanın güclü müdafiə xətti var, keyfiyyətli oynayırlar. Qrupda iki qələbə qazanıblar və biz ehtiyat etməliyik. Erkən qol vursaq, işimizə yarayacaq".
saytlarin hazirlanmasi