"Kəpəz" AZAL üçün hazırlaşır

17:15 - 12 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının VIII turunda AZAL-la qarşılaşacaq “Kəpəz” bu gündən məşqləri bərpa edib.

 

Sportal.az xəbər verir ki, Bakıda hazırlıq keçən komanda “Dalğa Arena”nın süni örtüklü meydançasında məşq edir.

 

“Sarı-göylər”in oktyabrın 13-14-ü tarixlərində keçiriləcək məşqləri də eyni ünvanda olacaq. Hazırlıq prosesi saat 11:00-da başlayacaq.

 

“Kəpəz”in oyun öncəsi son məşqi matçın keçiriləcəyi “AZAL Arena”da saat 15:30-da olacaq. 

Xəbər xətti