"Azərbaycan oynamağa imkan vermirdi"

11:48 - 13 Oktyabr 2016

Çexiya millisi DÇ-2018-in seçmə mərhələsində öz meydanında Azərbaycan yığması 0:0 hesablı heç-heçə edib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra yerli mətbuata açıqlama verən Milan Şkoda millimizlə oyunu dəyərləndirib:

 

"Azərbaycan yaxşı müdafiə olundu. Qələbəni çox arzulayırdı, lakin alınmadı. Rəqib oynamağa imkan vermirdi. Yalnız ilk 15 dəqiqə ərzində yaxşı oynadıq. 3 oyundan sonra təəssüf ki, qələbə qazana bilməmişik. Amma özümüzə inanırıq. Uğurlu çıxışımız qabağdadır. Norveçi mütləq məğlub etməliyik".

Xəbər xətti