"Azərbaycan millisini mütləq məğlub etməliyik"

13:56 - 13 Oktyabr 2016

Şimali İrlandiya millisinin futbolçusu Li Hodson DÇ-2018-in seçmə mərhələsində Almaniyaya uduzduqları (0:2) oyundan sonra açıqlama verib.


Sportal.az xəbər verir ki, o, millimizlə oyundan qısaca danışıb:


"Almaniyaya uduzsaq da, təcrübə qazandıq. Öz meydanımızda Azərbaycanı məğlub etməliyik. Bunu bacarsaq, 2-ci pilləyə yüksələcəyik və bu bizim şanslarımızı yaxşılaşdıracaq. Azərbaycan millisini mütləq məğlub etməliyik".


Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan görüşü noyabrın 11-i keçiriləcək.

 

Xəbər xətti