FİFA qarşıdakı 10 il il ərzində 211 ölkənin assosasiyalarına 4 milyard dollar yardım edəcək.
Sportal.az xəbər verir ki, ötən gün bu barədə Ali qurumun rəsmləri Sürixdə keçirilən yığıncaqda qərar veriblər. 10 illik proqram çərçivəsində beynəlxalq qurum futbolun inkişafıyla bağlı layihələr həyata keçirəcək.
Həmçinin FİFA qadın futbolunun inkişafı və çempionatların təşkiliylə bağlı federasiyalara 315 milyon dollar ayıracaq.
FİFA-nın prezidenti Canni İnfantino bildirib ki, futbolun kütləviliyini dünya əhalisi üzrə 45 faizdən 60 faizə qaldırmaq istəyirlər.
saytlarin hazirlanmasi