Avropada yeni turnirin yaradılacağı gözlənilir
Sportal.az xəbər verir ki, UEFA-nın 2018/19-cu il mövsümündən etibarən ÇL-nın formatında dəyişiklik etməsi bir çox ölkədə narazılıqla qarşılanıb. Belə ki, həmin mövsümdən etibarən UEFA-nın reytinqində ilk 4 pillədə olan ölkənin 4 klubu birbaşa ÇL-nın qrup mərhələsinə vəsiqə əldə edəcək. Bu isə narazılıqlara səbəb olub.
Belçika, Şotlandiya, Hollandiya, İsveç, Danimarka, Norveç və digər ölkələr yeni bir turnir qurmaq üçün bir araya gəliblər. Yeni liqa UEFA-nın tərkibində olmayacaq.
Millətlərarası Liqanın yaradılması barədə Danimarkanın “Kopenhagen” klubunun idman direktoru Anders Herşolt məlumat verib. Onun öszlərinə görə böyük klubların arasında yoxa çıxmamaq üçün bu, ən yaxşı variantdır. Herşolt müzakirələrin davam etdiyini və yaxın zamanlarda qərar qəbul edəcəklərini bildirib.
saytlarin hazirlanmasi