Qarsiya millini çalışdırmaqdan imtina etdi

17:30 - 15 Oktyabr 2016

“Roma” klubundan ayrıldqdan sonra işsiz qalan Rudi Qarsiya Əlcəzair millisindən təklif alıb.

 

Sportal.az xəbər verir ki, 52 yaşlı fransalı mütəxəssis baş məşqçi postunda Milovan Rayaveçi əvəzləməli idi. Əlçəzairdən gələn təklifi qəbul etməyən Qarsiya Avropada aparıcı klubların birində çalışmaq istəyir.

 

Qeyd edək ki, təcrübəli mütəxəssis ötən mövsüm uğursuzluqdan sonra yanvarda “Roma”dan ayrılıb.

 

Xəbər xətti