Almaniya millisinin futbolçuları qəlyan çəkdi: Oteldə yanğın baş verdi

17:55 - 15 Oktyabr 2016

19 yaşlılardan ibarət Almaniya milisinin qaldığı oteldə yanğın baş verib.

 

Sportal.az xəbər verir ki, yanğının baş verməsinə səbəb İdris Ture və Vitali Yaneltenin diqqətsiz olmasıdır. Oteldə qalyan çəkən futbolçular közü söndürmədən otağı tərk ediblər. Közün yerə düşməsi otaqda yanğının baş verməsinə gətirib çıxarıb. Lakin işçilər bundan tez xəbər tutub yanğın söndürənlə alovun qızışmasına imkan verməyib. Son məlumata görə otelə elə də ciddi ziyan dəyməyib.

 

Bu hərərkətə görə məşqçilər korpusu hər iki futbolçu millinin düşərgəsindən uzaqlaşdırıb və onalara cərimə kəsib.

Xəbər xətti