Latviya birinci liqasında 27-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Orxan Həsənəliyevlə Vüqar Əsgərovun çıxış etdiyi "Olayne/Super Nova" doğma meydanda "Valmiera" ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Vüqar bu oyuna start heyətdə çıxıb və 90 dəqiqə oynayıb. Orxan isə 67-ci dəqiqədə mübarizəyə qoşulub.
Oyunda hesabı komandasının bombardiri olan Vüqar açıb. O, vurduğu qolların sayını 36-ya çatdırıb. Həsənəliyev isə cari mövsümdə 10 qol vurub.
Qeyd edək ki, geridə qalan turlarda 56 xal toplayan "Olayne" 15 klub arasında 2-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi