Futbol üzrə Türkiyə Super Liqasında 7-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" da növbəti matçına çıxıb.
Qara dəniz təmsilçisi doğma meydanda "Akhisar Bələdiyyəspor"la qarşılaşıb. Matç 0 - 0 hesablı bərabərliklə başa çatıb.
İlk altı turdan fərqli olaraq, Ramilin adı bu görüşün iştirak ərizəsində yer alıb. Amma baş məşqçi Ərsun Yanal yenə onu meydana buraxmayıb.
Qeyd edək ki, "Trabzonspor" 7 turdan sonra 7 xalla 18 klub arasında 12-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi