Futbol üzrə İspaniya ikinci liqasında 10-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun şərəfini qoruduğu "Kadis" səfərdə "Tenerife" ilə qarşılaşıb. Matç 1:1 hesablı bərabərlikə başa çatıb.
İsrafilov bu qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Kadis" 10 turdan sonra 10 xalla 22 klub arasında 19-cu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi