MLS-da çıxış edən "Montreal İmpakt" klubu aparıcı futbolçusu Didye Droqbanı cəzalandırıb.
Sportal.az xəbər verir ki, kot-d-ivuarlı hücumçu bir müddətlik əsas heyətdən kənarlaşdırılıb. Buna ulduz futbolçunun başqa klublarla danışıq aparması səbəb olub. Məsələlərdən narahat olan klub rəhbərliyi futbolçuya belə bir cəza vermək qərarına gəlib.
Qeyd edək ki, "Napoli"nin hücumçusu Arkadiuş Milikin uzun müddət sıradan çıxmasından sonra Droqba ilə danışıqlara başladığı iddia edilir.
saytlarin hazirlanmasi