Dario Federikonun durumuna aydınlıq gəldi

10:44 - 18 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının VIII turunda AZAL-la səfər oyununun sonunda zədələnən “Kəpəz”in futbolçusu Dario Frederikonun durumuna aydınlıq gəlib.

 

Sportal.az Gəncə klubunun rəsmi saytına istinadən xəbər verir ki, MRT müayinəsindən keçən braziliyalıya birinci dərəcəli əzələ yırtğı diaqnozu qoyulub. Bu isə o deməkdir ki, yarımmüdafiəçi qarşıdakı 3 həftə futbol oynaya bilməyəcək. Frederiko yalnız gələn ayın əvvəlində məşqlərə başlaya biləcək. Bu müddət ərzində onun müalicəsi Bakıda aparılacaq.

 

Xatırladaq ki, Dario ötən il də məhz AZAL-la Bakıda keçirilən görüşdə zədələnərək mövsümün sonuna kimi sıradan çıxmışdı. 

Xəbər xətti