FİFA-dan dünya çempionatı ilə bağlı yeni qərar

15:39 - 18 Oktyabr 2016

FİFA 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının stadionları ilə bağlı qadağa qoyub.

 

Sportal.az xəbər verir ki, turnirdən 2 ay öncəyə qədər stadionlarda konsert tədbirləri keçirilə bilməz. Buna səbəb kimi ot örtüyünün yararsız vəziyyətə düşməsi və öz keyfiyyətini itirməsidir.

 

Qeyd edək ki, DÇ-2018 iyunun 14-də start götürəcək və iyulun 15-də başa çatacaq.

 

Xəbər xətti