Millinin sabiq üzvü Türkiyədə klubunu dəyişdi

22:02 - 18 Oktyabr 2016

Azərbaycanlı futbolçu Tərlan Əhmədov Türkiyədə klubunu dəyişib.

 

Sportal.az xəbər verir ki, "Qəbələ"nin yetirməsi olan Əhmədov Türkiyənin aşağı liqasında mübarizə aparan "Bağcılarspor" klubu ilə 1 illik müqavilə imzalayıb. Əhmədovun təqdimetmə mərasimində klubun prezidenti - Ak Parti Bağcılar qrupunun rəhbəri Hüseyn Dönməz də iştirak edib.

 

Qeyd edək ki, son klubu "Kültürspor" olan Tərlan Əhmədov 19 yaşadək milli komandamızın üzvü olub.

Xəbər xətti