İtaliyalı çalışdırıcı Marçelo Lippinin yeni iş yeri məlum olub.
Sportal.az "Corriero dello Sport"a istinadən xəbər verir ki, italiyalı mütəxəssis Çin yığmasını çalışdıracaq. Lippi bu posta vəzifəsindən qovulan Qao Honqbonu əvəz edəcək.
68 yaşlı mütəxəssis yaxın günlərdə Pekinə yollanacaq və rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, Marçelo Lippi 2004-06 və 2008-10-cu illərdə İtaliya yığmasını çalışdırıb. O, 2006-cı ildə İtaliyaya dünya çempionluğunu qazandırıb.
saytlarin hazirlanmasi