"Kəpəz" İdman Akademiyasında

17:43 - 19 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının IX turunda Gəncədə “İnter”i qəbul edəcək “Kəpəz” həftəsonu keçirəcəyi oyunun hazırlıqlarına başlayıb.

 

Sportal.az xəbər verir ki, komanda dünəndən Bakıda hazırlaşır. “Sarı-göylər” məşqləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçir.

 

Məşqlər hər gün saat 12:00-da başlayır. Nizami yurdunun təmsilçisi oktyabrın 21-nə kimi paytaxtda məşq edəcək.

Xəbər xətti