Argentinanın aşağı liqasında (Primera C Metropolitana) “Arxentino de Kilmes” – “Deportivo Merlo” matçında qalmaqal yaşanıb.
Sportal.az xəbər verir ki, 1:2 hesablı məğlubiyyətlə barışmayan qonaqların hücumçusu Emanuel Franses köməkçi hakimə əl qaldırıb. Özü də xanım ədalət təmçilsinə.
Oyun başa çatan kimi “Deportivo”lu forvard köməkçi hakim Mari Euxen Rokkoya yaxınlaşaraq onun boynun ardına yumruq ilişdirib. Bu zərbədən hakimin yerə yıxıldığını görən Franses polislərin hadisə yerini gəldiyini görərək tribunların altından gizli yolla aradan çıxıb.
Qeyd edək ki, futbolçunun hövsələdən çıxmasına səbəb, köməkçi hakimin göstərişiylə baş hakimin “Deportivo”nun iki qolunu qeydə almaması olub.
saytlarin hazirlanmasi