Azərbaycan Premyer Liqasının 8-ci turunda AZAL-la oyunda “Kəpəz”in əsas komandasına dəvət alan Şəfi Bağırov əvəzedicilərdən çağırılan 6-cı futbolçu olub. Səfər qarşılaşması üçün “18-lik”də yer alan gənc oyunçu ilk dəfə belə şans qazanıb.
Sportal.az xəbər verir ki, cari mövsümdə “Kəpəz”in əvəzedici heyətindən Bağırovla yanaşı, Fərid Məmmədov, Elcan Rəhimov, Əli Səmədov, Qaraxan Əliyev və Emin Zamanov baş məşqçi Şahin Diniyevin etimadını qazanıb.
Adı çəkilənlərdən ən çox Zamanov əsas komandaya dəvət alıb. Belə ki, Emin dörd çempionat matçında ehtiyat oyunçular skamyasında yer alıb. O, iki dəfə AZAL, bir dəfə isə “İnter” və “Neftçi”ylə görüşlərdə belə imkan əldə edib.
saytlarin hazirlanmasi