Çinin “Tyanzin Sunzyan” klubunu çalışdıran Fabio Kannavaro məşqçilik karyerasında ilk uğurunu qazanıb.
Sportal.az xəbər verir ki, italiyalı gənc məşqçi komandanı ikinci dəstədən yüksək liqaya vəsiqə qazandırmağı bacarıb. 30-cu turda “Tyanzin Sunzyan” doğma meydanda “Meyçkou Hakka” komandasını 3:0 hesabı ilə məğlub edib.
Bu qələbədən sonra xalını 59-a çatdıran Kannavaronun komandası mövsümü turnir cədvəlində 1-ci pillədə başa vurub.
saytlarin hazirlanmasi