Türkiyə Super Liqasında 8-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, turun mərkəzi oyunu "Türk Telekom Arena"da baş tutub. Meydan sahibi "Qalatasaray" "Trabzonspor"u qəbul edib.
Oyunun taleyini həll edən yeganə qol matçın 17-ci dəqiqəsində vurulub. Dame Ndoyenin vurduğu qol qonaqlara minimal hesablı qələbə qazandırıb.
Qeyd edək ki, Şeydayevin adı sözügedən oyunun iştirak ərizəsinə daxil edilsə də, baş məşqçi Ərsun Yanal ona şans verməyib.