İngiltərə millisinin sabiq üzvü Stiven Cerrard klubsuz qalıb.
Sportal.az xəbər verir ki, təcrübəli futbolçu çıxış etdiyi "Los-Anceles Qalaksi"dən ayrılıb. Buna səbəb isə tərəflər arasında imzalanan müqavilənin müddətinin başa çatması olub. Məlumatı klubun rəsmi saytı yayıb.
Xatırladq ki, 36 yaşlı Cerrad ABŞ təmsilçisinə 2015-ci ilin yanvarında "Liverpul"dan keçmişdi.