Gürcüstan çempionatında 9-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Rasim Ramaldanovun çıxış etdiyi "Kolxeti" doğma meydanda Bolnisi "Sioni"si ilə qarşılaşıb. Poti təmsilçisi bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.
Rasim Ramaldanov oyunda 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, "Kolxeti" 9 turdan sonra 18 xalla yer aldığı 7 komandadan ibarət "qırmızı qrup"da 2-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi