Millimizin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Trabzonspor” sabah Türkiyə kubokunda növbəti oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, 2-ci təsnifat mərhələsində “Ardahanspor”u mübarizədən kənarlaşdıran (6:0) Qaradəniz təmsilçisi bu dəfə səfərdə “Çorum Bələdiyyəspor”la qarşılaşacaq. “Bordo-mavilər” bu rəqibini də məğlub edəcəyi təqdirdə, qrup mərhələsinə vəsiqə qazanacaq.
Türkiyə mətbuatı “bordo-mavilər”in baş məşqçisi Ərsun Yanalın sabah meydana buraxacağı təxmini start heyətini açıqlayıb.
“Trabzonspor”un sabahkı oyuna aşağıdakı start heyətiylə çıxacağı gözlənilir:
Esteban Alvarado, Akakpo, Mustafa Yumlu, Mustafa Akbaş, İbanes, Aytaç Kara, Okay Yokuşlu, Güray Vural, Yusuf Ərdoğan, Muhammet Demir, Ramil Şeydayev.
“Çorum Bələdiyyəspor” - “Trabzonspor” oyunu sabah, Bakı vaxtıyla saat 15:15-də başlayacaq.
Xatırladaq ki, Şeydayev bundan əvvəlki mərhələdə, “Ardahanspor”la oyunda qol vurmuşdu.
saytlarin hazirlanmasi