Millimizin sabiq baş məşqçisinin ölümü ilə əlaqədar Braziliyada matəm elan olundu

10:51 - 26 Oktyabr 2016

Azərbaycan millisinin sabiq baş məşqçisi Karlos Alberto Torresin vəfatı ilə əlaqədar Braziliyada 3 günlük matəm elan olunub.

 

Sportal.az xəbər verir ki, mərhumla vida mərasimi Braziliya Futbol Konfederasiyasının binasında keçiriləcək. Braziliya çempionatında oynanılacaq görüşlər isə 1 dəqiqəlik sükutla başlayacaq.

 

Qeyd edək ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Azərbaycan milli komandasının sabiq baş məşqçisi, braziliyalı futbol mütəxəssisi Karlos Alberto Torresin vəfatıilə bağlı, mərhumun yaxınlarına ölkə futbol ictimaiyyəti adından dərin hüznlə başsağlığı verib.

Xəbər xətti