Millimizin üzvünün qeyri-dəqiqliyi komandasını kənarda qoydu

10:35 - 27 Oktyabr 2016

Ukrayna kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.
 

Sportal.az xəbər verir ki, millimizin üzvü Pavel Paşayevin şərəfini qoruduğu “Stal” bu mərhələdə “Mariupol”la qarşılaşıb. Paşayevin əsas heyətdə meydana çıxdığı oyunun əsas vaxtı 1:1 hesablı bərabərliklə nəticələnib. Əlavə 30 dəqiqədə başqa qol olmadığından, qalib oyunsonrası penaltilər zərbəsində müəyyənləşib. "Lotereya"da isə "Stal"ın 2 futbolçusu qeyri-dəqiq oynayıb ki, onlardan biri də millimizin üzvü olub.

 

Beləliklə, oyunsonrası penaltilər seriyasında 4:2 hesabıyla qalib gələn "Mariupol" 1/4 finala vəsiqə qazanıb.

Xəbər xətti