Almaniya II Bundesliqasında XI tura start verilib.
Sportal.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” “Münhen 1860”-ın qonağı olub.
Milli oyunçunun ehtiyat oyunçular skamyasından izlədiyi görüş 6:2 hesabıyla meydan sahiblərinin qələbəsiylə nəticələnib. Aue təmsilçisi oyunun 42-ci dəqiqəsində müdafiəçisi Sebastian Hertnerin qırmızı vərəqə görməsiylə meydanda azlıqda qalıb.
Qeyd edək ki, hazırda hesabında 10 xal olan “Aue” 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.