Yoahim Lövlə yeni müqavilə imzalandı

11:33 - 29 Oktyabr 2016

Almaniya Futbol Federasiyası yığmanın baş məşqçisi Yoahim Lövlə yeni müqavilənin imzalanması barədə qərar qəbul edib.


Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssislə yeni müqavilə bağlanıb. Yeni müqaviləyə görə, Löv Almaniya yığmasında 2020-ci ilə qədər işləyəcək.

 

Bu barədə rəsmi məlumat oktyabrın 31-də veriləcək.

 

Qeyd edək ki, 2006-cı ildən Almaniya yığmasnı çalışdıran Löv 2014-cü ildə dünya çempionu olub.

 

Əlavə edək ki, Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə bir qrupda yer alıb.

 

Xəbər xətti