Portuqaliya çempionatında IX turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Boavişta" növbəti oyununa çıxacaq. Portu təmsilçisi öz meydanında "Eştoril"i qəbul edəcək. Görüş Bakı vaxtı ilə 23:30-da start götürəcək.
Qeyd edək ki, Ağayevin komandası geridə qalan 8 turda 9 xal toplayıb və turnir cədvəlində 18 komanda arasında 11-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi