Bu gün Portuqaliya Sequndasında XII turun oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Budaq Nəsirovun çıxış etdiyi "Sportinq”in B komandası da növbəti oyununa çıxıb.
Lissabon təmsilçisi səfərdə "Olhanense” klubunun qonağı olub. Sözügedən qarşılaşma Budaq üçün əlamətdar olub. Belə ki, oyuna start heyətdə başlayan Nəsirov "Sportinq"də qol hesabını açıb. O. matçın 84-cü dəqiqəsində fərqlənib. Ancaq meydan sahibləri matçın 90+2-ci dəqiqəsində hesabı bərabərləşdirib - 2:2.
saytlarin hazirlanmasi