Millimizin üzvü oynadı, "Bursaspor" qələbə qazandı

00:13 - 30 Oktyabr 2016

Türkiyə Super Liqasında 9-cu turun qarşılaşmaları keçirilir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" doğma meydanda "Konyaspor"u qəbul edib. Matç meydan sahiblərinin 2 - 0 hesablı qələbəsi ilə başa çatıb.

 

Dəniz Yılmaz oyuna start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

 

Bu qələbə sayəsində xallarını 19-a çatdıran "timsahlar" turnir cədvəlinin 4-cü pilləsindəki mövqeyini qorumağı bacarıb.

Xəbər xətti