Portuqaliya çempionatında IX turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, sözügedən turda millimizin üzvləri Kamran Ağayev və Emin Mahmudovun formasını geyindiyi "Boavişta” klubu da növbəti oyununu keçirib. Portu təmsilçisi öz meydanında "Estoril” klubunu qəbul edib. Qarşılaşmada hesab açılamyıb.
Kamran Ağayev 90 dəqiqə meydanda mübarizə aparıb. Mahmudovun adı isə matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Boavişta” bu heç-heçədən sonra xallarının sayını 10-a çatdırıb və turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi