Ramaldanov qol vurdu, komandası peşman oldu

12:12 - 30 Oktyabr 2016

Gürcüstan çempionatında 10-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanovun formasını geyindiyi "Kolxeti" səfərdə "Saburtalo" ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:6.

 

Rasim bu qarşılaşmaya da start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da hesab 0:1 olarkən, 55-ci dəqiqədə azərbaycanlı futbolçu vurub. Amma bundan sonra daha 5 qol buraxan Poti klubu meydanı xalsız tərk etməli olub.

 

Qeyd edək ki, "Kolxeti" 10 turdan sonra 18 xalla yer aldığı 7 komandadan ibarət "qırmızı qrup"da 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti