Almaniya üçüncü Bundesliqasında 13-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası "Duysburq" səfərdə "Zonnenhof Qrossaşpah" ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Erat start heyətdə başladığı qarşılaşmanın 81-ci dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, "Duysburq" 13 turdan sonra 25 xalla 1-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi